Qadin.NET / Samsung Galaxy Beam 2 göstərildi

Samsung Galaxy Beam 2 göstərildi

 


Samsung şirkəti Galaxy Beam 2 smartfonunu nümayiş etdirib. Smartfon orijinal xüsusiyyətə malikdir: cihaza quraşdırılmış mini-proyektor 800x480 piksel ölçülü təsviri istənilən düz səthdə əks etdirir. Bu, məsələn, kiçik təqdimatların keçirilməsi üçün faydalı ola bilər.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 800x480 piksel ölçülü 4,66 düymlük ekran, 1,2 GHz takt tezlikli dördnüvəli prosessor, 1 GB əməli yaddaş (daxili yaddaşın həcmi bildirilməyib), 5 meqapiksellik əsas kamera və 2600 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Android 4.2.2 mobil əməliyyat sistemi quraşdırılıb.
 
Aparatın çıxarılma tarixi və qiyməti dəqiq məlum deyil
Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK