Qadin.NET / Google+-un "beyni" işdən gedir

Google+-un "beyni" işdən gedir

 


Google+ sosial şəbəkəsinin inkişafına görə cavabdeh Google şirkətinin vitse-prezidenti Vik Qandotra 8 il işlədiyi şirkəti tərk edəcək. O, bu haqda öz fərdi səhifəsində yazıb.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, top-menecer getməyinin səbəbini, yeni iş yeri barədə və onun postuna gələcək şəxsin adını açıqlamayıb. "Yeni yola çıxmaq vaxtıdır", - o yazıb. Reuters agentliyi yazır ki, Qandotranı Google+-un hazırlamalar üzrə vitse-prezidenti Devid Besbriz əvəz edəcək.
 
Google-un baş direktoru Larri Peyc Google+ sosial şəbəkəsində ayrıca yazıda şirkətə verdiyi töhfəsinə görə Vik Qandotraya öz dərin təşəkkürünü bildirib.
 
Google+ sosial şəbəkəsi 2011-ci ilin iyununda işə salınıb. Google+-un aylıq auditoriyası 300 milyon istifadəçi təşkil edir.
Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK