Qadin.NET / Ərə getmək üçün arıqlayacaq

Ərə getmək üçün arıqlayacaq

 

 

Dünyanın ən ağır çəkili qadını kimi adı Ginnesin Rekordlar Kitabına düşmüş amerikalı Çariti Pirs özündən 16 yaş kiçik nişanlısı ilə ailə qurmaq üçün arıqlamyacağını bildirib.
Milli.Az The Sun-a istinadən bildirir ki, 343 kq çəkisi olan Çaritinin dediyinə görə, 22 yaşlı sevgilisi Toni Saurla kovboy stilli toy etdirmək arzusundadır.
"İflicdən və ya ürəkdayanmadan yuxuda ölməkdən qorxuram. Yeganə arzum arıqlayaraq çəkimi 90 kiloqrama çatdırmaq, sonra da nişanlıma ərə getməkdir. Gerçəkdən də, böyük arzularım yoxdur. Yeganə istəyim normal həyatdır. Yatağa düşərək yaşamaq dünyanın ən qorxulu işidir. Qızım və sevgilim məni sevirlər. Bunun üçün də məni təmizləyir, yemək bişirirlər", - Çariti Pirs söyləyib.
Sevgilisi Toninin böyük qardaşı Cimmidən 18 yaşlı bir qızı olan Pirs, qızı Çarli və nişanlısı Toninin sayəsində gündəlik qidalanma rasionunu 10 min kaloridən 1200 kaloriyə qədər aşağı salıb.
Toni Saur isə Çaritini sevdiyini söyləyib.
"Çartinin çox gözəl gəlin olacağına inanıram. Onun qəflətən ölməsindən çox qorxuram. Çəkisi mənim üçün önəmli deyil. Onunla tanış olanda arıqdı. Çəkisi isə Çaritini yatağa salandan sonra problemlər yaratdı", - Toni Saur deyib.
Həkimlərin dediklərinə görə, Çaritinin normal reabilitasiya prosesinə başlaması üçün ən azı 130 kq arıqlaması gərəkdir.
Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK