Qadin.NET / Cildinizi qocalmadan qoruyun.

Cildinizi qocalmadan qoruyun.

 

Cildinizi qocalmadan qoruyun.


Hər yaşın öz gözəlliyi olsa da, daima gənc və gözəl qalmaq hamının arzusudur.

Təəssüf ki, qocalmağın qarşısını almaq qeyri-mümkündür. Amma yaşlılığın ortaya çıxardığı bir çox problemlərə və qırışlara kosmetik yolla yox edərək cildi gənc saxlamaq mümkündür.
Axşam.az sizə yaşlanmanın səbəblərini və əlamətlərini deyəcək.Müəyyən vaxt ərzində hüceyrələrin inkişafı azaldığı üçün dəri incəlir. Cildi elastikləşdirən elastin və sıxlaşdıran kollagen proteyinlərinin forması pozulur. Cild elastikliyini və sıxlığını itirir, nəmliyini qoruya bilmir və nəticədə yağ ifraz edən bezlər funksiyasını dayandırır. Vücudda olan yaraların sağalması prosesi də ləngiyir.Mimikalar üz əzələləri sayəsində yaranır. Amma təəssüf ki, eyni mimikalar, yəni, gülümsəmək, qaşları çatmaq, təəccüb ifadəsi bir müddət sonra sizin əleyhinizə işləyir və əzələlərin sıxılması üz bölgəsində qırışlar əmələ gətirir. Dəri xəstəlikləri üzrə türkiyəli mütəxəssis Dr. Sadiyə Kuş təbii yaşlanma ilə bərabər günəş şüalarının zərərli təsiri, siqaret, havanın kirlənməsi və stress kimi faktorların da cildin yaşlanmasına səbəb olduğunu bildirir.

 

 

Cildinizi qocalmadan qoruyun.


Cild üzərində olan dəyişikliklər: incə qırışlar, qəhvəyi rəngdə ləkələr və damarlar diqqətə çarpan şəkildə üzə çıxır. Cilddə yaşlanmanın əlamətləri özünü müxtəlif şəkildə birüzə verir:

Cildin parlaqlığını itirməsi
Daha mat görünməsi
Damarların genişlənib gözə çarpması
Qəhvəyi rəngli ləkələr
Gözlərin və ağzın ətrafında çıxmağa başlayan qırışıqlıqlar
Cild altında yağ toxumasının azalması ilə əlaqədar yaranan sallanmalar.

 

 

 

 

Mənbə: Axsam.az

27 aprel 2014
GO BACK