Cəmi bir neçə gün əvvəl tezliklə MLC seriya modelinə çevriləcək tamamilə yeni Mercedes-Benz Concept Coupe SUV nümayiş etdirilmişdi. Qeyd etdiyimiz kimi, yeni Mercedes-Benz MLC yolsuzluq avtomobili BMW X6 ilə rəqabət aparacaq. Yeni modelin belə tezliklə debüt edəcəyi deyilməmişdi. Amma fotoqraf-casuslar seriya modeli prototipini ümumi istifadə yollarında kip kamuflyajlı halda ələ keçirə biliblər.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, alman brendi təmsilçiləri yeni modelin seriya versiyasının debütünü elan etməyiblər. Lakin Avropa avtomobil nəşrlərinin insayderləri öyrənə biliblər ki, yeni Mercedes-Benz MLC yolsuzluq avtomobilini 2015-ci ilin əvvəlində, çox güman ki, Detroyt avtosalonunda təqdim edəcəklər.
Mənbə:Milli.Az