Ürək çatışmazlığı riski yuxu problemi olan insanlarda digərlərinə görə üç qat daha çoxdur.
Axşam.az-ın məlumatına görə, norveçli həkim Lars Laugsand həmkarları ilə birgə, on bir il ərzində 20-89 yaş arası 279 nəfərin səhhətini müşahidə edib.
Nəticəyə görə, üç əlamət-gec yuxuya getmə, yuxunun bölünməsi və səhər gümrah oyanmamaqla ürək çatışmazlığı arasında əlaqə olduğu ortaya çıxıb.
Laugsand , bu üç əlamətə sahib insanlarda riskin, heç bir əlaməti daşımayan ya da birini və ya ikisini daşıyan insanlara görə daha yüksək olduğunu söyləyib. Yuxu problemlərini dəyərləndirərək ürək çatışmazlığının qarşısının alına bilinəcəyini deyən Laughsand onlar arasındakı əlaqənin nə olduğunun hələ bilinmədiyini vurğulayıb.
Lakin bioloji səbəblərdən stress yuxusuzluğa yol açır və bu, ürəyin işləməsinə mənfi təsir göstərir. Həkim bununla əlaqəli araşdırmaların davam etdiyini də sözlərinə əlavə edib.
Mənbə:Axsam.az