Menstrual dövrü tənzimləmək üçün cəfəri tumlarından hazırlanmış cövhər faydalıdır: 4 çay qaşığı cəfəri tumunun üzərinə bir stəkan qaynar su əlavə edərək, buxar üzərində 15 dəqiqə saxlayın. Soyuduqdan sonra süzün və gündə 5-6 dəfə yemək arası 1 xörək qaşığı qəbul edin.
Ağrılı aylıq tsikl və uşaqlıq qanaxmaları zamanı cəfəri kökü və otundan hazırlanmış cövhər qəbul etmək məsləhətdir: 2 xörək qaşığı xırda doğranmış qarışığın üzərinə 2 stəkan qaynar su əlavə edilərək, 4 saat dəmlənir. Sonra süzülür və gündə 4 dəfə 1-2 xörək qaşığı (yeməkdən 30 dəqiqə əvvəl) qəbul edilir.
Dismenoreya (gur aybaşı) zamanı da bu bitkinin şirəsini gündə 3 dəfə 1-2 çay qaşığı ilə qəbul edərkən, müsbət nəticə əldə etmək olar.
Mənbə: Axsam.az