Qadin.NET / Məşhur dietoloqların özəl pəhrizi.

Məşhur dietoloqların özəl pəhrizi.

 

Məşhur dietoloqların özəl pəhrizi.

 

Dünyanın ən məşhur dieotoloqlarının hansı pəhrizə üstünlük verməsi çoxlarına maraqlıdır. Axşam.az saytı Rusiya mətbuatına istinadən tanınmış dieotoloqların öz arıqlama sirlərini təqdim edir:

Ekspert-dietoloq Yuliya Çexonina

Doğru səhər yeməyi 1 aya 5 kq. arıqladır 

«Sağlam bəslənməyə çalışıram. Amma hərdən elə vəziyyət olur ki, bir həftəyə arıqlamaq məcburiyyətində qalıram. Bu zaman rasionumdan yağı və duzu çıxarıram. Hər səhər yağsız kəsmik, sıyıq, bir az tərəvəz və meyvə yeyirəm. Əsas qayda odur ki, yediklərimin hamısı bir boşqaba sığmalıdır. Üstündən isə yaşıl çay içirəm. 2 saat yarım sonra yenə yaşıl çay içib, yağsız yoqurt yeyirəm. Kələm, şüyüd və turpdan hazırlanan salatla bir dilim kolbasa mənim naharımdır. (salatı mütləq özün hazırlamalısan). 3 saatdan sonra yaşıl çay içirəm. Axşam bir xiyar, buxarda bişmiş balıq və ya mal əti yemək lazımdır. Gecə acdıqda 1 stəkan qatıq içə bilərsən. Bu yolla bir aya 5 kiloqram arıqlamaq mümkündür».

Məşhur dietoloq Marianna Trifonova

Həftədə 1,5 kq. atmaq üçün monopəhriz

«Hər gün pəhriz saxlamağı heç sevmirəm. Amma qəfildən 2 gündən sonra çəkiliş olduğunu deyəndə mütləq bu pəhrizimdən istifadə edirəm. Birinci gün səhər bir stəkan xiyar şirəsi içirəm. Şirəni özüm hazırlayıram. Nahar vaxtı yağsız mal ətini suda bişirib, yeyirəm. Üstündən də 1 stəkan xiyar şirəsi içirəm. Eyni menyunu axşam yeməyində də təkrarlayıram. Səhəri təzə çəkilmiş alma şirəsi içirəm. Naharda və şam yeməyində də suda bişmiş toyuq filesi yeyib, üstündən alma şirəsi içmək lazımdır. Monopəhriz zamanı qətiyyən su içmirəm. Bu pəhrizlə həftədə 1,5 kiloqram çəki itirirəm».

Dietoloq Marina Kopıtko

3 günə 1 kq. arıqladan çay

«Artıq çəkili görünməyimin səbəblərindən biri bədənimə su yığılmasıdır. Buna görə də arıqlamaq lazım olanda çalışıram bədənimdəki artıq suyu xaric edim. Badrənc, kalendula və mərzə otundan dəmləyib, çay əvəzi içirəm. Nahar və şam yeməyində isə zeytun yağı ilə kələm, brokkoli, yaşıl lobyadan hazırlanan şorba yeyirəm. Çörək qəti qadağandır».

 

 

Mənbə: Axsam.az

 

27 aprel 2014
GO BACK