Japan Display şirkəti planşetlər üçün 4K (3840×2160 nöqtə) təsvir ölçüsündə yeni ekran hazırlayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni ekran 10,1 düymlü diaqonala malikdir. Piksellərin sıxlığı 438 ppi təşkil edir. Qurğu LTPS (low-temperature poly silicon) texnologiyası əsasında hazırlanıb. Bir sıra üstünlüklərə malikdir: enerji sərfiyyatının az olması, aşağı modullu profil və s.
Japan Display şirkəti artıq 4K təsvir ölçülü 10,1 düymlük LCD modulları nümunələrinin maraqlı planşet istehsalçılarına tədarükünə başlayıb.
Mənbə.Milli.Az