Qadin.NET / Dəstəmaz zamanı saqqalın bütün tüklərini islatmaq lazımdırmı?

Dəstəmaz zamanı saqqalın bütün tüklərini islatmaq lazımdırmı?

 

Dəstəmaz zamanı saqqalın bütün tüklərini islatmaq lazımdırmı? Tüklərin altındakı dəri də islanmalıdırmı? 
Milli.Az İslam.az-a istinadən bildirir ki, dəstəmaz zamanı alnın tük bitən yerindən çənənin sonuna kimi uzunluqda və bir qarış endə bütün sifət yuyulmalıdır. Bu miqdar hüdudunda iynə ucu qədər yer quru qalsa, dəstəmaz batil sayılar. 

Saqqala gəlincə, əgər saqqalın tükləri o qədər sıx və uzundursa ki, altından dəri görünmür - bu halda tüklərin görünən hissəsini yumaq kifayətdir, suyu dəriyə çatdırmaq vacib deyil. Amma saqqalın altından dəri görünürsə, bu halda tüklərin dibini və dərini də islatmaq vacibdir.
 Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK