Qadin.NET / Nazir cənub sakinlərini qəbul edəcək

Nazir cənub sakinlərini qəbul edəcək

 

Nazir cənub sakinlərini qəbul edəcək



Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cənub rayonların sakinlərini qəbul edəcək.

Bu barədə Mədəniyyət və turizm nazirliyinin mətbuat rəhbəri Zöhrə Əliyeva ANS PRESS-ə məlumat verib. 

Bildirilib ki, cari il aprel ayının 28-də saat 11:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 21) Lənkəran şəhər, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

1.Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi - Vasif Fərzullayev, (02525) 5- 48- 01, (050) 352-92-91

2.Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsi - Lətifə Mövsümova, (02521) 5- 29- 36, (050) 323-80-00

3.Astara Rayon Mədəniyyət və Turizm Şöbəsi - Şadoğlan Bayramov, (02522) 5- 31- 40, (050) 324-24-10

4.Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsi - Aqil Sucayev, (02527) 4- 60-49, (050) 632-52-82

5.Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsi - İsa Allahverdiyev, (02524) 5-51-30, (050) 335-63-67

6.Yardımlı Rayon Mədəniyyət və Turizm Şöbəsi - Ayaz Əliyev, (02520) 6-25-49, (050) 336-73-23

7.Biləsuvar Rayon Mədəniyyət və Turizm Şöbəsi - Rəfiqə Cəfərova, (02529) 5-00-37, (050) 382-58-95

8.Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi - Toğrul Cavadov, (02125) 5-51-07, (050) 381-11-99

9.Neftçala Rayon Mədəniyyət və Turizm Şöbəsi - Elmira Kazımova, (02126) 3-15-91, (050) 467- 34- 69

10.Cəbrayıl Rayon Mədəniyyət və Turizm Şöbəsi - Kamran Quliyev, (02638) 4-50-07, (050) 445-58-83.

Mənb:ans press

 

26 aprel 2014
GO BACK