Qadin.NET / Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq

Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq

 


2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarını qəbul etmək üçün 19 şəhər sifariş kitabını təqdim edib.

Trend-in UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, namizəd şəhərlər arasında Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Qüds, Roma (İtaliya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiff (Uels) var.

Yarımfinal və final görüşləri "Uembli" (London) və "Alyans Arena" (Münhen) stadionlarında keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl 32 ölkədən 39 şəhər namizədliyini irəli sürmüşdü.

Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK