Qadin.NET / Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)

Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)

 

Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)

 

 

Bakının Nobel prospektində baş vermiş çökmənin dərinliyi getdikcə artır. 

Bu barədə ANS PRESS-ə hazırda hadisə yerində olan “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, çökmənin dərinliyinin hazırda nə qədər olduğu bilinmir. Lakin çökmə intensiv şəkildə davam edir.

“Yolun çökməsinə səbəb olan sızmanın qarşısı alınmasa, çökmənin əhatəsi daha da artacaq”, deyə P.Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda çökmə baş verən ünvanda “Azərsu” ASC-nin əməkdaşları geoloji kəşfiyyat işləri aparır.

Qeyd edək ki, aprelin 21-də səhər saatlarında Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş vermişdi. Yolun çökməsinə kanalizasiya kollektorunun sızması səbəb olmuşdu. Ötən gün isə həmin ünvanda yenidən çökmə baş verib.

Mənbə:anspress

 

 

 

Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)

 

Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)

 

Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)



 

27 aprel 2014
GO BACK