Yaponiyanın «Mitsubishi Electric» şirkəti tərəfindən hazırlanan «Türksat 4 A» peyki yanvarın 8-də Türkiyəyə təhvil verilib. Lent.az-ın «Vestnik Kafkaz»a istinadən məlumatına görə, peyk artıq Qazaxıstanın Baykonur kosmodromuna aparılıb.
Mənbə bildirib ki, qurğu 2014-cü il fevralın 15-ə orbitə buraxılacaq. Buy yöndə hazırlıq işləri görülür.
Türkiyənin ilk «RASAT» kəşfiyyat peyki 2011-ci ildə buraxılıb. 2012-ci il dekabrın 18-də Türkiyə Çinin Jiquan bazasından müdafiə məqsədli «Göktürk-2» adlı ikinci peykini kosmosa yollayıb.
«Türksağ 5A» adlı peyk isə teleyayımların təmin olunması üçün nəzərdə tutulub. Onun 2016-cı ildə buraxılacağı planlaşdırılır.
Mənbə: Lent.az