Qadin.NET / Bakıda telefon rabitəsi sahəsində yenilik.

Bakıda telefon rabitəsi sahəsində yenilik.

 

 


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu il ərzində köhnə tipli paytaxt elektron ATS-ni NGN texnologiyasına keçirəcək. Lent.az-ın məlumatına görə, ötən ilin sonunadək Qaradağ rayonunun bütün kiçik ATS-ləri NGN texnologiyasında işləyirlər.
 
Dekabrın sonunda artıq Müşfiq, Qobustan, Ələt, Şıxlar, Ümid, Umbakı, Buta, Korgöz, Qızıldaş qəsəbələrində mövcud olan 160-4000 nömrə tutumlu köhnə DMS, KVANT tipli ATS-in NGN texnologiyasına keçirilməsi üzrə işlər başa çatdırılıb. Bu il isə 428/429, 477/478, 432 ATS-ni NGN texnologiyasına keçirməyi planlaşdırılıb.

 

 

 

Mənbə:Lent.az

26 aprel 2014
GO BACK