
Milli.Az 1937.az-a istinadən Azərbaycanın bəzi yazıçıları ilə bağlı lətifələri təqdim edir.
Xalq şairi Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda keçirilən iclasda çıxış edir: "Əziz yazıçılar və şairlər, siz bura ədəbiyyat öyrənməyə gəlirsiniz. Söz verirəm ki, istedadınızın dərəcəsindən asılı olmayaraq, hər birinizin adını AYB-nin təqaüd siyahısına da saldıracam. Amma hamınızdan bircə xahişim var. Burada sakit olmaq lazımdır. Kim söz demək istəyirsə, əvvəl əlini qaldırsın, sonra sözünü desin".
Birdən Şərif Ağayar əlini qaldırır.
- Şərif, nəsə sözün var? - Fikrət Qoca soruşur.
- Yox, Fikrət müəllim, sadəcə yoxlamaq istəyirdim ki, görüm sistem düz işləyir?
***
Murad Köhnəqala təzə aldığı maşını saxlamaq üçün redaksiyanın qabağında yer tapa bilmır. Çarəsizlikdən üzünü göyə tutub deyir:
- İlahi, burada bir parkovka yeri tapmağa kömək ol, içməyi də, siqareti də atacam, daha şeyxülislama həcv yazmayacam, hər cümə günü də məscidə gedib namaz qılacam.
Elə bu zaman möcüzəli şəkildə bir "parkovka" yeri peyda olur.
Murad Köhnəqala yenə üzünü göyə tutur:
- Vsyo, ay Allah, özüm tapdım, lazım deyil.
***
Xalq yazıçısı Anar tənqidçi Əsəd Cahangiri yanına çağırıb soruşur:
- Niyə hər gün işə gecikirsən?
- Anar müəllim, hamısı liftə görədir.
- Lift işləmir ki?
- İşləyir ey, amma orada yazılıb ki, ancaq dörd nəfər üçün. Buna görə hər dəfə üç nəfər gözləməli oluram.
***
Bir gün Faiq Balabəylinin oğlu Tural Balabəyli gözündə yumruq izi evə gəlir. Faiq müəllim oğlunu görüb həyəcanlanır:
- Bu nədir, sənə nə olub?
- Ata, gündə facebook-da bir profil açırdım, hamıyla məzələnirdim, sonra soruşurdum ki, tapın görüm mən kiməm?
- Hə, nə olsun ki?
- Heç! Bu gün biri tapdı.
***
Gənc şair Qismət iş yerindən çıxıb tələm-tələsik aptekə gəlir və təcili hıçqırıq dərmanı istəyir. Elə bu zaman aptekçi ona bir şillə vurur.
Qismət təəccüblə aptekçiyə baxıb deyir:
- Qardaş, məni niyə vurdun?
- Hıçqırıq dərmanı istəmirdin? Daha hıçqırmayacaqsan! Gedə bilərsən.
- Mən dərmanı Qan Turalı üçün istəyirdim axı.
Mənbə:Milli.Az