Qadin.NET / Xəbərdarlıq. Televizor və telefon şüasının böyük təhlükəsi.

Xəbərdarlıq. Televizor və telefon şüasının böyük təhlükəsi.

 

Xəbərdarlıq. Televizor və telefon şüasının böyük təhlükəsi.

 

Kompüter, telefon və televizorun şüasına məruz qalan insanlarda bədən saatı təbii ritmindən uzaqlaşır.

 

Gec saatlarda yatmağın bədən saatını pozaraq psixoloji problemlərə zəmin yaratdığını bildirən mütəxəssislər gecə saatlarında işləyən kompüter, telefon, televizor işığının insan sağlamlığında ciddi fəsadlar yaratdığına diqqət çəkiblər.

 

Belə ki, təbii bədən ritminin, böyümə və melatonin hormonu ifrazının gecə-gündüz, yuxu və oyanıqlıq hallarına uyğun müəyyən bir vaxtı var. Gecə yuxu saatlarında yatmaq yerinə oyaq olan və kompüter, telefon, televizorun işığına məruz qalan insanlarda bu hormonların ifrazında müəyyən pozuntular yaranır. Xüsusən gec saatlarda yatmaq yeni və nizamsız bir bədən ritmi yaradır. Təbii olmayan bu bədən ritmi br çox fiziki və psixoloji xəstəliklərə yol açır. Gecə gec saatlara qədər süni işıq altında işləyən, yatmayan insanlarda yuxu keyfiyyəti aşağı düşür, onlar daha yorğun, gərgin, diqqətlərii dağınıq olur və daha çox unutqanlıqdan şikayət edirlər.

 

Mütəxəssislər gecə saatlarında işləyən insanlara evdə, ya ofisdə yandırılan işığın, telefon, kompüter, televizorun parıltısını bir az azaltmağı və işıq qaynağı olan eletrik alətlərindən uzaq durmağı məsləhət görür.

 

 

 

 

 

Mənbə:Lent.az

26 aprel 2014
GO BACK