Qadin.NET / Azərbaycanda dəmiryolu xəttinin keçdiyi körpü yenilənir

Azərbaycanda dəmiryolu xəttinin keçdiyi körpü yenilənir

 


Bakı-Qazax-Böyük Kəsik dəmiryolu xəttinin Yevlax rayonu ərazisindən keçən hissəsində Kür çayı üzərindəki körpünün təmirinə başlanılıb. 

Milli.Az EL TV-yə istinadən bildirir ki, 15 gündən artıqdır ki, start götürən işlər çərçivəsində köhnə körpü sökülür. 1927-ci ildə tikilən körpünün dəmir konstruksiyaları dəyişdirilir. Hər birinin uzunluğu 77 metr olan aşırmalar sökülərək endirilir. Relslərin altında qalan ağac dayaqlar da yenisi ilə əvəzlənəcək. 

İş icraçısı Mehmet Karaca işlərin tez bir zamanda yekunlaşdırılmasının planlaşdırıldığını bildirib. 

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK