Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Milli.Az anspress-ə istinadən aprelin 26-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 26 aprel 2014
Hicri: 26 cəmadiyəl-axır 1435

İlin 116-cı günü
İlin sonuna 249 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.28
Günəş - 06.45
Zöhr - 13.42
Əsr - 18.05
Məğrib – 20.46
İşa – 22.13

1828 - İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə - Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza - İrəvan xanlığına və Gürcüstana köçürüldü.

1894-cü ildə Hitlerin müavini və Faşist Almaniyasında Gerinqdən sonra 3-cü şəxs Rudolf Hess dünyaya gəlib.

1900-cü ildə amerikalı alim Çarlz Rikter dünyaya gəlib.

1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev (1908-1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. "Bir gəncin manifesti" romanının, povest və hekayələrin müəllifidir.

1986 – Çernobl hadisəsi baş verdi.

1994-cü ildə Çin Xalq Respublikasına (ÇXR) aid təyyarə Yaponiyada qəzaya uğradı, 264 nəfər öldü.

2001 - İstanbulda türkdilli dövlət (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) başçılarının 7-ci zirvə görüşü (1992-ci ildən etibarən) keçirilib. Azərbaycan tərəfi sammitin yekun sənədinə Ermənistanın işğalçılığını pisləyən bənd təklif etsə də, Orta Asiya liderləri sənədi siyasiləşdirmək istəmədiklərini əsas gətirərək onu qəbul etməyiblər.

2007 – Pekində Olimpiya Oyunlarının atəşi yandırıldı.

2006 - Prezident İlham Əliyevin Birləşmiş Ştatlara rəsmi səfəri başlayıb. Səfər gedişində Ağ evdə ABŞ və Azərbaycan prezidentlərinin görüşündə (28 aprel) ikitərəfli strateji tərəfdaşlığın geniş spektri müzakirə olunub. Azərbaycan rəhbəri Konqresdə, Amerika işgüzar dairələrində görüşlər keçirib. 

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK