10 ildən sonra Böyük Britaniya İslam ölkəsi olacaqİslam dini Böyük Britaniyada xristianlığı sıxışdırır. Ölkədə xristian kilsəsinin ziyarətçilərinin sayı azalıb. Müsəlman icmasının sıraları isə sürətlə genişlənir.
Əhalinin qeydiyyata alınmasının nəticələri göstərib ki, cəmi 10 il sonra İslam Böyük Britaniyada əsas din olacaq. Son on il ərzində ölkədəki müsəlmanların sayı iki dəfə artıb. Londonda yeni doğulan körpələrə ən çox Məhəmməd adı qoyulub.
Mütəxəssislər deyirlər ki, Britaniyanın orta statistik müsəlman sakininin 26 yaşı var. O, daha enerjili və dinamikdir.
Ölkədəki kilsələr artıq uzun müddətdir ki, populyarlığını itirməkdədir. İnsanların 95%-i bazar günləri kilsəyə getmirlər.
Ötən il keçirilən araşdırma nəticəsində məlum olub ki, Britaniyanın 25 yaşlı hər 10 sakinindən biri müsəlmandır. Müsəlmanların sayının artması xristian əhalinin qocalması ilə də müşahidə olunur.
Mənbə:Milli.Az