Fransanın "Airbus" aviakonserninin istehsal etdiyi "Airbus E-Fan" elektrik təyyarəsi ilk nümayiş uçuşunu həyata keçirib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Fransanın Bordo şəhərindəki "Marignac" hava limanında səmaya qalxan elektrik təyyarə cəmi 10 dəqiqə uçuşda olub.
Hazırda onun uçuş imkanları 1 saatdan artıq deyil.
Mühərrikləri elektriklə çalışan təyyarəni "Airbus" aviakonserninin əməkdaşları "Aero Composites Saintonge - ACS" şirkəti, habelə Fransa Baş Aviasiya İdarəsinin (DGAC) mütəxəssisləri ilə birlikdə hazırlayıblar.
Bu təyyarənin ilk sınaq modeli 2013-cü ildə Le-Burjedəki aviakosmik salonda nümayiş olunmuşdu.
"Airbus E-Fan" təyyarəsinin uzunluğu 6,7 metr, qanadlarının uzunluğu isə 9,5 metrdir. Onun elektrik mühərrikləri litium-ion polimer akkumulyatorlarla işləyir.
2 yerlik təyyarənin bundan sonrakı, daha mükəmməl 2 variantı 2017-ci ilin sonlarından etibarən istehsal ediləcək.
Mənbə:Milli.Az