Qadin.NET / Cavan olmam bir də mən?

Cavan olmam bir də mən?

 


Cavanlığın sirri sərbəst radikallardadır. Belə bir fikri Sürix Ali Texniki Məktəbinin alimləri irəli sürüblər. 

Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, onların fikrincə, B3 vitamini və onun nikotinamid metabolitinin orqanizmə təsiri həyatın uzunluğunu 10% artırır. Məhz bu birləşmələr "cavanlaşdırma" effekti yaradır, çünki orqanizmdə sərbəst radikallar yarada bilir. 

Bu proseslər idmanla məşğul olan və ya antioksidantla zəngin qidalar yeyən zaman işə düşür. Eyni zamanda antioksidant tərkibli qidalarda ömrü uzadan polifenollar da var. Məsələn, fermentlərin xüsusi sinfi olan sirtuinlər nikotinamidlər və B3 vitamininin təsiri ilə həyat fəaliyyəti nəticəsində orqanizmdə yaranan oksigenin aktiv formalarını neytrallaşdıra bilir.

Alimlərin apardıqları təcrübələr göstərir ki, ət, qaraciyər, araxis, düyü kimi qidaların tərkibindəki nikotin turşusu bədənə fiziki gərginlik qədər təsir göstərir. Hələlik nikotin turşusunun, nikotinamidlərin və niasinin orqanizmə təsiri heyvanlar üzərində sınaqdan keçirilir, ancaq alimlər iddia edirlər ki, proseslər insan bədənindəki reaksiyalarla eynilik təşkil edir.  

Mənbə:Milli.Az



 

26 aprel 2014
GO BACK