Qadin.NET / Çinlilərdən BMW X6-a rəqib - FOTO

Çinlilərdən BMW X6-a rəqib - FOTO

 

 

 

Pekin avtosalonunda çinli avtomobil istehsalçısının nə az, nə çox – “BMW X6”-a rəqib olacaq yeni konsepti təqdim ediləcək. Söhbət “Great Wall”-un subbrendi olan “Haval” markasının prototipi “Haval Coupe”-dan gedir. Şirkət artıq internetdə konseptin ilk təsvirlərini paylaşıb. Təsvirlərdə göründüyü kimi, “Haval Coupe” və “BMW X6”-nın ortaq cəhətləri damlarının maili, dizaynda isə ümumi “kobudluluq” olmasıdır. 

Milli.Az Auto.az-a istinadən bildirir ki, “Haval Coupe” hibrid güc qurğusu və tam ötürücü sistem alacaq. Lakin yeniliyin gücü və dinamik xarakteristikaları barədə məlumat verilmir. İstehsalçı, həmçinin bildirir ki, seriyalı krossover 2016-cı ildə bazara çıxacaq və 2,0 və 3,0-litrlik benzinlə işləyən turbomühərriklərlə də təchiz ediləcək. Qeyd edək ki, “BMW X6”-a rəqib “Haval” markasının yeganı yeniliyi olmayacaq.
 Mənbə:Milli.Az

 

 

Çinlilərdən BMW X6-a rəqib - FOTO

 

Çinlilərdən BMW X6-a rəqib - FOTO

 

26 aprel 2014
GO BACK