ABŞ-ın Ohayo ştatındakı Reynoldsburq şəhərinin sakini Antuanett EllisonNyu-York ştatındakı Sirakuza şəhərində yerləşən "Crowne Plaza" otelini məhkəməyə verib.
Milli.Az Cyracuse.com-a istinadən bildirir ki, qadın otelin hollundakı barda stuldan yıxılıb.
A.Ellison ona dəyən mənəvi və fiziki ziyan müqabilində təzminat kimi 1 milyon dollar istəyir.
Onun iddia ərizəsində bildirilir ki, ağacdan olan yüksək bar stulundan yıxılandan sonra biləyi sınıb, dəfələrlə cərrahiyyə əməliyyatına məruz qalıb: "Stul çox yüksək idi. Bu interyer predmetinin təhlükəsiz olmadığını otelin menecerləri bilirdilər. Onlar daha etibarlı və keyfiyyətli stul almalıydılar".
İnsidentin 2011-ci ildə baş verdiyi vurğulanır. A.Ellisonun 3 ildən sonra məhkəməyə müraciət etməsi sual doğurur.
Mənbə:Milli.Az