Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşası göstəriləcək. Bu barədə ANS PRESS-ə teatrın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, tamaşa, Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki “Rus-Azərbaycan Evi”nin Bakıda keçirəcəkləri silsilə mədəniyyət tədbirləri çərçivəsində nümayiş olunacaq.
İki hissəli səhnə əsəri, Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin iştirakı ilə göstəriləcək. Tamaşanın bədii rəhbəri, Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevdir

Mənbə:ANS PRESS