Qadin.NET / Viber dəyişdi

Viber dəyişdi

Viber messencerinin tərtibatçısı iOS 7 platforması üçün tətbiqin dizaynını yeniləyib. TechCrunch saytı yazır ki, bu, messencerdə uzun vaxt ərzində edilmiş böyük dəyişiklikdir.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin nümayəndəsi deyib ki, tətbiqin interfeysi tamamilə yenidən yaradılıb. Bundan başqa, Viber 4.2 versiyasında mesaja bir neçə şəkil və ya videomesaj əlavə etmək, həmçinin bloklanmış kontakt siyahıları yaratmaq imkanı kimi funksiyalar əlavə olunub.
 
Viber messencerinin təxminən 100 milyon aktiv istifadəçisi var.
Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK