Qadin.NET / iPhone 6 haqda xəbər var

iPhone 6 haqda xəbər var

Apple şirkətin bu il təqdim etməyi nəzərdə tutduğu 4,7 və 5,5 düymlük iPhone 6-nın iki versiyası təhlükə altındadır.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, böyük ekranların istehsalında müşahidə olunan problemlər nəticəsində iPhone 6-nın böyük versiyasının buraxılışının təxirə salınması haqda məlumatlar yayılıb. Tayvan KİV-də yeni iPhone-un ölçülərinə uyğun gələn akkumulyatorların yoxluğu ilə bağlı xəbərlər yayılıb.
 
İlkin məlumata əsasən, iPhoneda batareyanın qalınlığı cəmi 2 millimetr olmalıdır, halbuki müasir növlər bundan üçdə bir dəfə qalındır. Baxmayaraq ki, problem üzərində bir neçə istehsalçı işləyir, ekspertlər hesab edirlər ki, yaxın zamanda bu problemi həll etmək mümkün olmayacaq və alma smartfonunun buraxılışı 2015-ci ilədək təxirə salınacaq.
Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK