Qadin.NET / Keyfiyyətsiz və istifadə müddəti keçmiş kosmetikalardan istifadə xəstəliklərə yol açır

Keyfiyyətsiz və istifadə müddəti keçmiş kosmetikalardan istifadə xəstəliklərə yol açır

 


Milli.Az EL TV-yə istinadən xəbər verir ki, bu il ərzində Mingəçevirdə 4 qadın kosmetikadan üzünə ləkə düşdüyü üçün xəstəxanaya müraciət edib. Mingəçevir Dəri Zöhrəvi Dispanserinin dermatoloqu Əfqan Abdullayev dedi ki, bu, gözəllik salonlarında
anti-sanitariya qaydalarına əməl olunmaması səbəbindən baş verib. O, bildirdi ki, gözəllik salonlarında keyfiyyətli və vaxtı keçməyən kosmetikalardan istifadə olunmalıdır. Əks halda həmin salonlara müraciət edən müştərilərin həyatı üçün ciddi təhlükələr yarana bilər. Tibbi təhsili olmayan əşxslərin kosmetoloq kimi fəaliyyət göstərməsi isə arzuolunan hal deyil.

Kosmetoloq Növrəstə Kərimzadə isə qeyd etdi ki, işinin peşakarı quru və yağlı üz dərsini ayırd etməyi bacarmalıdır. Çünki hər bir dərinin özünün müalicəsi üçün ayrılmış makyaj kremləri var. Sorğu zamanı isə məlum oldu ki, əksər qadınlar gözəllik salonlarına getməyə o qədər də meylli deyillər. Onlar bu işləri ev şəraitində həyata keçirməyə daha çox üstünlük
verirlər. Qeyd edək ki, Mingəçevir Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi gözəllik salonlarına mütamadi olaraq baxış keçirir.

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK