Qadin.NET / Yuxu beyini təmizləyirmiş

Yuxu beyini təmizləyirmiş

 

 

Britaniyadakı Roçester Universitetinin alimlərinin apardıqları araşdırmanın nəticələrinə görə yuxu zamanı onurğa beyni məhlulunun dövriyyəsi sürətlənir. Bu minvalla yuxu beyni zərərli metabolitlərdən təmizləyir.

Milli.Az Science-ə istinadən bildirir ki, tədqiqat zamanı alimlər laboratoriyada siçanları mikroskop lövhəsində yatmağa alışdırıblar.
Siçanların beyinlərinə kateterlər implantasiya olunub və alimlər həmin kateterlər vasitəsilə siçanlar yatandan sonra onların beyinlərinə flürosent boya yeridiblər.

Siçanlar yatanda onların beyinlərinə yaşıl, ayılanda isə qırmızı boya vurulub.
Müşahidə üçün alimlər flürosent mikroskopiyanın 2 fotonlu variantından istifadə edərək toxumanı 1 mm dərinliyədək görə biliblər.

Bəlli olub ki, yuxu zamanı beyindəki hüceyrələr arasındakı məsafə artdığından boyanın dövranı 60 faiz sürətlənir.
Sürətlənmə aşağı molekulyar səviyyəli maddə ilə məhdudlaşmayıb.

Alimlər neyronlar arasında yığılıb qalan və əriməyən zülallar olan beta-amoloidləri siçanların beyinlərinə yeridəndən sonra da həmin maddə yuxuda daha sürətlə hərəkət edib
Mənbə.Milli.Az

 

26 aprel 2014
GO BACK