Bədəni C vitamini ilə təmin edən qidalar.
İmmuniteti gücləndirən meyvə salatı:
Banan, portağal və qreyfrutu doğrayıb, qarışdırıb yemək lazımdır. Bu, bədənin C vitamini tələbini ödəyəcək, immuniteti gücləndirəcək. C vitamini viruslarla rahat mübarizə aparır, iltihabı aradan qaldırır. Eyni zamanda, yarmalardan istifadə edilməlidir. Tərəvəzlərdən isə gül kələm, bibər və balqabaq tövsiyə edilir. Bibəri çiy formada qəbul etmək məsləhətdir.
Mənbə: Axşam.az