Qadin.NET / Uşağa süd olmaz?

Uşağa süd olmaz?

 


Heç də bütün süd məhsulları uşaqlara xeyirli deyil. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yeni aparılmış araşdırmanın müəllifi, pediatr Devid Lüdviq tərkibində şəkər olan südün uşaqlar üçün ziyanlı olduğunu deyir. 

O, hesab edir ki, əgər müəyyən ərzaqların rasionda payı çoxdursa, süd məhsullarının istifadəsini azaltmaq gərəkdir. 

Uşaq üçün ən təhlükəli şokoladlı yağsız süddür. Onun tərkibindəki kalori yükü daha çox yağ və şəkərin hesabınadır.1 stəkan yağsız 1%-li süddə 102 kalori var, bunun 18-i isə "bərk yağdır".

Mütəxəssis hesab edir ki, süd rasionunun bir hissəsini başqa, tərkibində kalsium olan ərzaqlarla əvəzləmək lazımdır. Paxlalılar, itburnu, qoz-fındıq, göyərtinin miqdarını artırmaqla süddən istifadəni azaltmaq olar. 

Böyüklərə gəldikdə isə, yalnız laktozanı pis həzm edənlərə o ziyandır. Belələri süd içərkən diareya, qarının şişməsi, mədə-bağırsaq sisteminin pozulması baş verir. 

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK