Gizli trombları nanomateriallar tapır
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qan damarlarındakı tromblar insult və infarkta, həmçinin ateroskleroza səbəb olur.
Məlumdur ki, əgər insan uzun müddət oturaq vəziyyətdə qalırsa, məsələn, uzunmüddətli uçuşlar və s., onda dərin venaların trombozu yaranması riski artır. Qan laxtası ayaqda yaranır, sonra isə istədiyi yerə "gedir". Təəssüf ki, müasir testlər trombun olub-olmamasını yoxlamağa imkan vermir.
Yeni texnologiya isə bütün mövcüd analoqların xeyli geridə qoyur. Onun əsasında insan üçün təhlükəsiz olar sintetik biomarkerlər - laborator materiallar var.
Mütəxəssislər peptidlərin xırda hissəciklərini bu nanomateriallara yerləşdiriblər. Sonra isə onları gəmiricilərin orqanizminə yeridiblər. Qanda laxta olan halda nanomaterialların üzərindəki peptidlər dağılırdı. Qandan onlar sidiyə keçirdilər. Alimlər isə həmin peptidləri elə sidik kisəsindən "ovlayaraq" diaqnozu təyin edirdilər.