Qadin.NET / Yeni və qorxulu arıqlamaq metodu

Yeni və qorxulu arıqlamaq metodu

 


Daim yeni arıqlamaq metodlarının peyda olması artıq kimsəni təəccübləndirmir. İndiki zamanda qidalandırıcı maddələr, orqanizmin məşqlərə reaksiyası, müxtəlif növ alətlər barədə biliklərin səviyyəsi şəxsi pəhriz, yaxud arıqlamaq üsulunu tərtib etmək üçün kifayət edir. 
 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, indi qadınlar arasında başqa bir arıqlamaq metodu yayılıb - "korset pəhrizi". Xanımlar hesab edirlər ki, korset taxmaq mədə şuntlamasını əvəz edə bilər. 

Üsulun mahiyyəti belədir - gündə ikicə saat bu dəb atributunu geymək lazımdır. Vəssalam. Ancaq belə məlum olub ki, qadınlar dərhal nəticə əldə etmək məqsədilə bədənlərinə 2 saat deyil, düz 12 saat əziyyət verməyə hazırdırlar. 

Bu canfəşanlıq isə sümük toxumasının dəyişməsinə yol açır, sinəylə nəfəs almanı çətinləşdirir, daxili orqanları sıxır. 

Həkimlər bu cür yanaşmadan hiddətləniblər: birincisi, korset pəhriz deyil, ikincisi, on uzun müddət geyəndə sağlamlığa sağalmaz ziyan verir.

 Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK