Qadin.NET / Gecə səs-küyü insan sağlamlığına mənfi təsir edir.

Gecə səs-küyü insan sağlamlığına mənfi təsir edir.

 

Gecə səs-küyü insan sağlamlığına mənfi təsir edir.


Gecə səs-küyü insanın sağlamlığına mənfi təsir göstərir. Üç fransızdan ikisi gecə səs-küyündən əziyyət çəkir. "AzərTAc"-ın verdiyi məlumata görə, Fransa Səhiyyə Akademiyasının həkimləri xəstələr üzərində uzun müddət apardıqları müşahidələrdən sonra bu qənaətə gəldiklərini bəyan ediblər.
Həkimlərin gecə səs-küyü ilə bağlı sorğu-suala tutduqları pasyentlərin 25 faizi şəhər mühitindən, xüsusilə Parisdən uzaq sakit bir guşədə yaşamağa üstünlük verdiklərini bildiriblər.

Həkimlərin fikrincə, gecə səs-küyü insan orqanizminin fiziki və psixi təsirinə qarşı müdafiə qabiliyyətini zəiflədir, onlarda yorğunluq yaradır və bədənin digər xəstəliklərə qarşı müqavimətini azaldır, ürək-damar xəstəliklərinin geniş yayılmasına səbəb olur.

Səs-küy nəticəsində yuxu rejiminin pozulması insanların həyatı üçün qorxulu fəsadlar törədir və ürək-damar xəstəliyinin yaranmasında başlıca rol oynayır. Çox zaman bu xəstəliyə tutulanların ölümünə səbəb olur. Həkimlər hesablayıblar ki, 2011-ci ildə səs-küy nəticəsində ürək-damar xəstəliyinə tutulanların 3 faizi dünyasını dəyişib. Həkimlər insanları səs-küydən uzaq olmağa, əsəblərini qorumağa çağırırlar.

 

 

 

 

 

Mənbə: Xeber.azeri.net

25 aprel 2014
GO BACK