Qadin.NET / Üzümü xərçəngə daşıyanlar

Üzümü xərçəngə daşıyanlar

 


Günümüzün qorxulu xəstəliyi olan xərçəngin dərmanı illərdir axtarılır. Yaxınlarda məlum olub ki, üzümdən hazırlanan yeni birləşmə melanoma hüceyrələrini şüa terapiyasına qarşı daha həssas edib. O, həmçinin prostat xərçəngi hüceyrələrinə də eyni təsiri göstərib.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, indi alimlərin qarşısında vacib bir məsələ durur: həmin birləşməni şişə çatdırmaq. Alim Maykl Nikkolun fikrincə, lazımi dozanı oraya çatdırmaq çətindir, bu səbəbdən resveratrol adlı birləşməni melanomanın inkişaf etmiş hüceyrələrinə qarşı istifadə etmək, yəqin ki, mümkün olmayacaq. Ən azından, hələlik. Ancaq laboratoriya şəraitində bu birləşmə şüaya qarşı davamlı olan iki tip xərçəng hüceyrəsinə yaxşı təsir edib. 

Resveratrol özü həmin hüceyrələrin 44%-ni, şüalarla birlikdə isə 65%-ni öldürüb. Mümkündür ki, kombinə edilmiş terapiya sümükdə və beyində yaranan simptomatik metastatik şişlərin müalicəsi üçün ən optimal müalicə üsulu olsun. 

Alimlər xəbərdarlıq edirlər: son nəticələr hələ bəlli deyil, odur ki, şərab və üzümə ümid etməyə hələ tələsməsinlər. 

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK