Orqanizmimiz kimyadan əla baş çıxarır. Məsələn, şəkəri süni şəkərdən çox gözəl ayırd edir.
Milli.Az medinfo.ru-ya istinadən bildirir ki, süni şəkər şəkərə olan tələbatı daha da artırır. Bu, xüsusilə də insanın süni şirinləşdiriciləri ac vaxtı qəbul etdiyi zaman baş verir.
Yel Universitetinin tibb məktəbi bildirir ki, təbii şəkər beyindəki mükafat sistemini aktivləşdirir. Süni şirinləşdiricilər isə piylənmə epidemiyasının birbaşa günahkarıdır. Tədqiqat zamanı alimlər beyində təbii və süni şəkəri təyin edən xüsusi siqnalları öyrəniblər. Həmin siqnalları dofamin tənzimləyir.
Dofamin həmçinin davranışa, emosinal reaksiyalara, həzz duymaq qabiliyyətinə nəzarət edən proseslərə də təsir edir. Müxtəlif asılılıqlar da dofaminlə bağlıdır. Şəkəri əvəz edən maddələr "şəkər - enerji" zəncirinə qoşulur. Nəticədə, məsələn, siçanlarda, şəkər əvəzedicilərinə maraq, dofaminin konsentrasiyası kimi azalır.
Ac, qanında şəkərin miqdarı az olan gəmiricilərə təbii şəkər və onun əvəzedicisi təklif olunub. Heyvancığazlar çox vaxt az şirin olmasına rəğmən təbii şəkəri seçiblər.
Bu səbəbdən mütəxəssislər şəkər əvəzedicilərilə bahəm təbii şəkərdən də istifadə etməyi məsləhət görürlər.