Qarşısı alınmayan iştah ciddi xəstəliklərdən xəbər verir
Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı tədqiqatın nəticələri belə deməyə əsas verir.
Amerikanın Psixiatrlar Assosiasiyası bir müddət əvvəl qarınqululuğu ayrıca diaqnoz elan edib. Eyni zamanda mütəxəssislər qarınqululuğu 10 ildən artıqdır ki, tədqiq edirlər.
ÜST-ün tədqiqatçıları 12 ölkədə 22635 insanı tədqiq ediblər. Qarınqululuq və bulimiya nəzarətsiz qida qəbuludur. Bulimiyanın əsas simptomu yeməkdən sonra süni qusma yaratmaq və ya işlətmə dərmanlarının qəbuludur. Bu simpomları heç olmasa bir dəfə yaşayan insanlar həkimlərə 2-4 dəfə daha çox müraciət ediblər.
Harvard tibb məktəbinin tədqiqatçıları isə bildirirlər ki, çətinliklərinə baxmayaraq, belə adamlar çox vaxt həkimlərin gözündən yayınır və heç bir müalicə almırlar. Tədqiqat göstərib ki, belə pozuqluq daha çox yeniyetməlik dövründə yaranır. O, psixi (həmçinin depressiya və narahatlıq, əhval pozulması) və fiziki (skelet-əzələ xəstəlikləri və diabet) pozğunluğa daxil olan bir neçə xəstəliyin yaranması ilə sıx bağlıdır.