Qadin.NET / Uşaqlar üçün böyük xəstəlikləri

Uşaqlar üçün böyük xəstəlikləri

 


Buenos-Ayresdən olan tədqiqatçılar bütün dünyanın valideynlərinə səsləniblər: uşaqlarınızı kompüterdən aralayın! 

Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, onların fikrincə, indi uşaqlarda bir vaxtlar yalnız yaşlı nəsildə müşahidə olunan xəstəliklər yaranmağa başlayıb. 

Mütəxəssislər deyirlər ki, indi 11-12 yaşlı uşaqlarda əzələ və oynaqlarda ağrılara, əlin baş barmağının tendiniti və lümbaqo kimi xəstəliklərə daha çox rast gəlinir. Həmçinin görmə və eşitmə problemləri də  xeyli "cavanlaşıb". 
 
Cərrahlara son zamanlar barmaqların hərəkətsizliyi, qıc olması, hissiyyatını itirməsi probleminin aradan qaldırılması üçün daha çox gənclər müraciət edirlər. 

Psixiatrlar İnternet asılılığı və oyun maniyasının artmasından şikayətlənirlər. 
Problemlər artıq 10 yaşından aktuallaşır - uşaqlar evdən mobil telefonsuz çıxmır, İnternetə çıxış olmayanda özlərinə nəzarəti  itirirlər və s.

Mütəxəssislər hesab edirlər ki, valideynlər uşaqlarına müasir avadanlıqlar almaqla onların ağır xəstəliklərə mübtəla olmalarına şərait yaradırlar. Ata və analar uşaqlarını müasir texnologiyalardan mümkün qədər təcrid etməli, onlarda daha sağlam maraqlara həvəs oyatmalıdırlar: idman, gəzinti, açıq havada oyunlar, müxtəlif hərəkətli hobbilər uşaqların daha gümrah, ağıllı, sağlam, cəmiyyətə yararlı böyüməsinə şərait yaradar

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK