Qadin.NET / Yeniyetməlik yaşında artıq çəki dəhşətli xəstəlik yaradır

Yeniyetməlik yaşında artıq çəki dəhşətli xəstəlik yaradır

 


Yeniyetmə yaşında insanın malik olduğu çəki onun xərçəng xəstəliyinə tutulma riskinə təsir edir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə israilli mütəxəssislərin araşdırmasında deyilir. 

Araşdırmada yaşı təxminən 17 olan israillilərin tibbi göstəriciləri nəzərə alınıb. 1 milyon yeniyetmənin bədən çəkisinin indeksini xərçəng üzrə milli stastistika ilə müqayisə ediblər. 

Belə məlum olub ki, artıq çəki ilə yanaşı, aşağı sosial-iqtisadi status və xərçəng riskinin yüksək olduğu ölkələrdən immiqrasiya xərçəngə meylliliyə güclü təsir edir. 

Artıq çəki xərçəng riskini 2,1 dəfə artırırsa, ikinci amil 2,2 dəfə yüksəldir. Əgər yeniyetmənin 9 sinif və daha az təhsili vardısa, xərçəngə yoluxmaq riski 1,9 dəfə artırdı. Asiya və SSRİ-dən immiqrasiya edənlərdə isə (19 yaşadək gələnlər) risk müvafiq olaraq 3 və 2,8 dəfə çox olub. 
 
Mümkündür ki, əsas səbəb pəhriz, xüsusən duzdan istifadənin miqdarı olsun. Həmçinin siqaret çəkmək və turşu reflyuksu xərçəngin yaranmasında az rol oynamır. 

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK