Qadin.NET / 6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO

6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO

 

 

 

Avstraliyalı aktrisa və model Loni Cey Entoni ilk övladına hamilədir. 25 yaşlı Loni sosial şəbəkələrdə, xüsusilə də Twitter və İnstagram-da son vaxtlar xeyli populyarlaşıb. Məsələn, onun İnstagram-dakı profilinin 100 mindən artıq daimi oxuyucusu var.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Loni yeni "pəhriz" ixtira etdiyini deyir.
"Ciddi pəhriz saxlayıram və yalnız meyvə-tərəvəzlə qidalanıram. Məsələn, gündə 20 banan yeyirəm. Gündəlik qida rasionumun 80 faizi meyvə-tərəvəz, 10 faizi zülallar, 10 faizi yağlardır. Kökəlmirəm, özümü əla hiss edirəm", - Loni profilində və Tumblr servisindəki bloqunda yazıb.

Peşəkar idmançıların yarış ərəfəsində belə pəhriz saxladıqlarını vurğulayan Loni hamiləliyin 26-cə həftəsində olsa da, ekstremal rasiondan imtina etmək niyyətində deyil.

Mütəxəssislər isə belə ifrat pəhrizin gələcək ananın və onun bətnindəki övladının səhhəti üçün çox təhlükəli olduğunu deyirlər.
"Səhərlər banan, naharda meyvə kokteylləri, axşamlar da salat. Bu qədər! Adi günlərdə 5-10, əksər hallarda isə 20 banan yeyirəm. 6 aydır ki, belə pəhriz saxlayıram. Həyatım dəyişib. Əvvəllər qaraqabaq, stressli idi. İndi nikbinəm, şənəm", - Loni bildirib.
Mənbə:Milli.Az

 

 

 

 

 

 

 

 

 

 

25 aprel 2014
GO BACK