Qadin.NET / Eynəyi necə seçməli?

Eynəyi necə seçməli?

 

 

Eynək seçməzdən əvvəl, ilk növbədə, həkimin məsləhətinə qulaq asmaq lazımdır. Əks təqdirdə seçdiyiniz eynək gözlərinizə əks-təsir göstərə bilər.
  
Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, daha doğrusu, gözün görmə qabiliyyətinə mənfi təsir göstərən müxtəlif problemlər meydana çıxa bilər. Xüsusilə də, uşaqlara eynək seçərkən diqqətli olmaq məsləhətdir. 2-6 yaş arasında olan uşaqlar üçün elastik çərçivələrə və sınmayan orqanik şüşələrə üstünlük verilməlidir. Eynək nömrələri daha sürətlə dəyişdiyi üçün uşaqlar hər 6 aydan bir həkim müayinəsindən keçməlidirlər.
 
Yuxarıda deyildiyi kimi, eynəyin çərçivələri və şüşələri həkim tərəfindən tövsiyə olunan reseptə uyğun seçilməlidir. Ağır, üz ölçüsünə görə seçilməyən, keyfiyyətsiz, həmçinin istifadəyə yararsız şüşələr problemə səbəb ola bilər. Sifət quruluşuna görə seçilməyən eynəklər estetik baxımdan da məqsədəuyğun deyil.
 
Açıq havada işləyənlər daha çox geniş eynəklər taxmalıdırlar. Başqa bir problem isə çərçivələrin üzə görə dar olması ilə bağlıdır. Belə ki, çərçivələr üzə görə dar olduqda gicgahlarda təzyiqə və baş ağrısına səbəb olur. Çərçivənin “qolları”nın qulağa tam oturmaması isə mərkəz sürüşmələrinə və görünüşün pozulmasına gətirib çıxarır.
 
Ağır işlərdə işləyənlər isə (polis, əsgər, idmançı və s. kimi) sınmayan orqanik şüşələr seçməlidirlər. Kompyuterlə işləyənlər isə əksetməyə qarşı xüsusi örtüklü eynəklərdən istifadə etməlidirlər.
Mənbə:Milli.az

 

25 aprel 2014
GO BACK