Qadin.NET / Təmizlik əvəzinə...

Təmizlik əvəzinə...

 

 

Bəzi sabunlardan istifadə etdikdə təmizliyə deyil, xəstəliyə səbəb olur. Həmçinin təmizlik məhsullarında, ətirlərdə, dəftərxana ləvazimatlarında, hətta dərmanlarda, yeməklərdə belə, minlərlə qatqı maddəsi var ki, bunlar da sağlamlıq üçün zərərlidir.
 
Xüsusilə antibakterial sabunların xərçəng xəstəliyi törətdiyi və hormon pozğunluğuna səbəb olduğu bildirilir. Tərkibində “trilokzan” adlı maddə olan bu sabunlar sağlamlığa mənfi təsir göstərir. Trilokzanın sudakı xlorla reaksiyaya girməsi nəticəsində xərçəng xəstəliyi meydana çıxır. Ona görə də sabun, jele, diş pastası, dezodorant və digər bu kimi məhsullar alarkən triklozan tərkibli olmayanları seçin.
 
Digər tərəfdən, antibiotik müqavimətə gətirib çıxaran triklozan xloroform kimi sağlamlığa zərərli maddələrin əmələ gəlməsinə, həmçinin sudakı sərbəst xlorla birləşərək dixlorofenolun yaranmasına şərait yaradır ki, bu da ultrabənövşəyi şüaların təsiri ilə dioksinə çevrilir. Dioksin isə çox zəhərlidir və orqanizmdəki hormonlarda ağır fəsadlar törədir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, triklozanla təmasda olan uşaqlarda allergik xəstəliklərə daha çox rast gəlinir. Triklozan eyni zamanda üz losyonlarına, kosmetik vasitələrə və bir çox başqa bu kimi məhsullara qatılan bir maddədir.
 
Onu da qeyd edək ki, bu maddədən son illərdə daha çox istifadə olunmağa başlanılıb (mətbəx alətləri, oyuncaqlar, yataq dəstləri, corablar, paltarlar, kompyuter klaviaturaları və s.).
Mənbə: Milli.az

 

25 aprel 2014
GO BACK