Qadin.NET / Ev şəraitində saçları rəngləməyin asan yolları.

Ev şəraitində saçları rəngləməyin asan yolları.

 

Ev şəraitində saçları rəngləməyin asan yolları.

 

Ev şəraitində saçları necə rəngləmək olar? Bu sual qadınların çoxunu düşündürür. "Aysel" saçlarını özləri rəngləyənlərin nəzərinə bir necə rahat yolu çatdırır.

Saç boyaları üç yerə bölünür: davamlı, yarıdavamlı və tonlaşdıran. Saç rəngini tamamilə dəyişmək istəyənlər bu boyadan istifadə etməlidirlər. Davamlı (permanent) boyanın tərkibində ammonyak və hidrogen peroksidi var. Bu cür boyalar əvvəlcədən müəyyənləşdirilməsi çətin olan nəticələr verir, həm də rənglənmiş saçların kəsilənədək təbii rəngə qaytarılması mümkün olmur. Boğucu kimyəvi iy, allergik reaksiya da permanent boyalar üçün xarakterikdir. Belə boyalar saçın quruluşuna çox pis təsir edir: ammonyak reaksiyası başın dərisinə təsir edərək məsamələri genişləndirir və ora hidrogen peroksidin təsiri nəticəsində saçların rəngini dəyişən boya daxil olur. Bundan sonra zərər görmüş dəri balzamın köməyilə birtəhər hamarlanır, yalnız bu heç nəyi dəyişmir: tüklərin bütövlüyü tamamilə korlanmış olur. Ən təsirlisi budur ki, bütün qurbanlara baxmayaraq, həmin rəng çox tez solur.

Tonlaşdıran boyalar saçlara demək olar ki, ziyan vurmur. Tonlaşdıran boyalardan əsasən saçların təbii rəngini vurğulamaq, arzuolunmaz çalarlardan qurtulmaq və ya əvvəl rənglənmiş saçları təzələmək üçün istifadə edilir. Azdayanıqlı olan bu boya on dəfə yuyulandan sonra tamamilə təmizlənir. 

Yarıdavamlı (semipermanent) saç boyaları son illər daha da məşhurlaşıb. Saçının rəngini daha parlaq etmək istəyənlər istifadəsi asan olan bu boyalara müraciət etməlidirlər. Rəngləmə zamanı ammonyakın pis qoxusuyla müşahidə olunan mənfi reaksiya olmadığından, çox vaxt onları ammonyaksız adlandırırlar. Bu cür boyaların tərkibində hidrogen peroksidi olur və yaxşı parlaqlıq verir, ancaq saç diblərinin dərinliyinə və məsamələrə daxil olmadığından tədricən yuyulub gedir (təqribən iki aya). Semipermanent boyalar saçların səthində bərabər paylandığından, yeni çıxmış saçlarla rənglənmiş saçlar arasında nəzərəçarpan sərhəd əmələ gətirmir. Yarıpermanent boyaların daimi istifadəçiləri qeyd edirlər ki, onların dayanıqlığı istifadədən istifadəyə daha da artır, rəng təbəqələnir və getdikcə daha da dərinliklərə keçərək saçlarda uzun müddət qalır.

Doqquz qızıl qayda 
Qayda 1 - Düzgün çaları seçin.
Ev şəraitində saçlarınızın rəngini kökündən dəyişməyə (qara saçları sarışın etməyə) səy göstərməyin. Bu cür riskli seçimi professionallara həvalə etməyiniz məsləhətdir. Sonra saçlarınız gözlədiyiniz rəngi almayanda təəccüblənməyin. Ev şəraitində öz saçınızdan 1-3 ton açıq və ya tünd rəngləri seçə bilərsiniz.

Qayda 2 - Həssaslıq testi.
Saçları rəngləməzdən əvvəl mütləq dərinizin həssaslığını yoxlayın. Bunun üçün dirsəyinizin içəri tərəfinə bir az boya sürtmək və bir müddət gözləmək lazımdır. Bəzi mütəxəssislər hesab edirlər ki, bunun üçün bir saat kifayətdir. Digərləri bir gün gözləməyi məsləhət görürlər. Əgər allergik reaksiya baş verməsə, rəngləməyə başlamaq olar.

Qayda 3 - Lazımi qədər boya alın.
Rəngin effektli və hər tərəfə eyni qaydada paylanması üçün saç rəngindən lazımi qədər alın. Adətən bir qutu rəng orta uzunluqda saçları rəngləməyə kifayət edir. Əgər saçlarınız çox sıx və uzunluğu 20 sm-dən artıqdırsa, o zaman iki qutu rəng almanız məsləhətdir.

Qayda 4 - Boyanı düzgün çəkin.
Rəngi sürtərkən saçın diblərindən başlayaraq uclara doğru gedin. Bu proses cəmi 15 dəqiqə çəkməlidir. Telefon durmadan çalsa belə, işinizi yarımçıq qoymayın. Əgər saçlarınıza azacıq rəng çaları vermək istəyirsinizsə, bu zaman rəngi bütün saç uzunu boyu eyni anda dərhal çəkin. Ümumiyyətlə, boyanı boynun arxasından sürtməyə başlamaq lazımdır, çünki həmin hissədə başın dərisinin temperaturu az olur və gec rənglənir. 

Qayda 5 - Rəngi heç vaxt təlimatda göstəriləndən artıq saxlamayın. Boyanı saçınızda çox saxlamaq lazım deyil, bundan saçlarınızın rəngi daha dolğun olmayacaq, əksinə saçlarınız quru və tez qırılan olacaq. Unutmayın ki, əvvəllər rənglənmiş saçlar və saçların ucları rəngi daha tez götürdüyündən, belə saçlarda rəngi daha az saxlamaq lazımdır. 

Qayda 6 - Boyanı çoxlu su ilə yumaq lazımdır. 
İstənilən rəngi gur suda incədən-incəyə yumaq lazımdır. Yuduqdan sonra xüsusi vasitələrdən (balzam, krem, maska) istifadə edin. Bu vasitələr saç rənginizin dayanıqlığını artırmaqla yanaşı, quruluşunu da bərpa edəcək.

Qayda 7 - Rəngləmək olmaz!
Qızdırmalı olduqda və yaxud başınızın dərisində zədə, çatlar olanda, kimyəvi burma və ya açma etmisinizsə, saçlarınızı rəngləməyin. 

Qayda 8 - Təlimatı oxuyun. 
Hər formulun özünəməxsus qaydaları var. Təlimata əməl etməməklə risk etmiş olursunuz. Məsələn, boyanı yuyulmamış saçlar əvəzinə təzəcə yuyulmuş saçlara sürtməklə rəngin daha tez itməsinə səbəb ola bilərsiniz. 

Qayda 9 - Ağarmış saçlar.
Ağarmış saçları rəngləməzdən öncə onların qədərini müəyyənləşdirin. Seçdiyiniz boyanın nömrəsi (qutuda həmişə qeyd olunur) bundan asılıdır. Əgər saçlarınızın təxminən 20%-i ağarıbsa, arzuladığınız rəngdən bir ton açıq, 60%-i ağarıbsa, təbii saç rənginizə uyğun, tamamilə ağarıbsa, bir ton tünd rəngdə olan saç boyası alın.
 

 

 

 

Mənbə: Xeber.azeri.net

25 aprel 2014
GO BACK