Qadin.NET / Rusiyada 43 km uzunluğunda tıxac yarandı

Rusiyada 43 km uzunluğunda tıxac yarandı

Rusiyanın Buryatiya regionunda görünməmiş tıxac yaranıb. Milli.Az Gazeta.ru-ya istinadən bildirir ki, M-55 federal trasında yaranan tıxacın uzunluğu 43 kilometrə çatıb. 

Rusiyanın yol polisi idarəsinin məlumatına görə, tıxaca səbəb qar yağması olub. Yolun 240-cı kilometrindən 283-cü kilometrə qədər hissəsində nəqliyyatın hərəkəti çətinləşib. 

Hazırda təhlükəsizlik məqsədi ilə yolun hər iki tərəfindən yük maşınlarının girişi qadağan edilib. 

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK