Qadin.NET / Sosial şəbəkələrin insanda hansı xəstəlik yaratmasından xəbəriniz var?

Sosial şəbəkələrin insanda hansı xəstəlik yaratmasından xəbəriniz var?

 


ABŞ-ın Miçiqan Universitetində aparılan bir araşdırma sosial şəbəkələrin insanda narsizmi (özünə heyranlıq) artırdığını ortaya çıxarıb.

Milli.Az ailem.az-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, özünübəyənmiş insanlar “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə özünəməxsus eqoya sahib olurlar.

Araşdırmaçılar orta yaşlı narsistlərin tez-tez “Facebook”da şəkil və ya statuslarını yenilədiklərini, gənc narsistlərin isə “Twitter”də tez-tez “twit” ataraq eqolarını razı saldıqlarını bildirib.

Orta yaşlı “Facebook” istifadəçiləri sosial ətrafı üçün bir imic yaradır və bu imicin onlar tərəfindən necə qiymətləndirildiyinə nəzarət edir. “Twitter” isə gənclər üçün "meqafon" xidməti daşıyır.

Sosial şəbəkə istifadəçiləri paylaşdığı hansısa status və şəkillərdən əldə etdyi "like"lar ucbatından özlərini həddən çox bəyənməyə başlayırlar. 

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK