Qadin.NET / Alkoqol yaraların sağalmasına mane olur

Alkoqol yaraların sağalmasına mane olur

 

Alkoqol yaraların sağalmasına mane olur

 

 

Həddindən artıq spirtli içki qəbulu orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini aşağı salır. ANS PRESS-in məlumatına görə, alkoqol orqanizmdə yaranın sağalmasına təsir edir.

ABŞ-ın Loyola universitetinin alimlərinin apardıqları araşdırma sübut edib ki, sərxoşluq immun sistemində anti-infeksiya hüceyrələrinin miqdarına təsir edir və yaraların sağalmasına imkan vermir. 

Təcrübələrin gedişatında alimlər bir neçə gün ərzində siçanlara spirt və fizioloji məhlul içirdib və müntəzəm olaraq qanda spirtin səviyyəsini ölçüb. Nəticədə alimlər aşkar ediblər ki, hədən artıq spirtli içki qəbulu orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini aşağı salır və ağ qan heceyrələrinin miqdarını aşağı düşməsi ilə yaraların sağalması qabiliyyəti aşağı düşür.

Alimlər qeyd edib ki, həddən artıq spirtli içki qəbulu cərrahiyyə əməliyyatı zamanı ölüm riskini də artırır.

Mənbə:ANS PRESS

 

25 aprel 2014
GO BACK