Pekində “Lincoln” şirkəti tərəfindən yeni nəsil yolsuzluq avtomobilinin konsepti təqdim edilib və Amerikanın avtomobil istehsalçısı onu dünyanın müxtəlif bazarlarında təqdim etmək niyyətindədir.
Milli.Az Auto.az-a istinadən bildirir ki, ABŞ-ın hüdudlarından kənarda təqdim edilmiş “Lincoln”-nun birinci prototipi tanınan dizayna və premial xarakterə malikdir. Krossover güclü mühərrik və təkmilləşdirilmiş texnologiya alacaq və bu da istehsalçıların fikrincə, təkcə orta yaşlı insanları deyil, gəncləri də cəlb edəcək.
Avtomobilin bu modeli bu il artıq debüt edəcək. İki hissəyə bölünmüş radiator barmaqlığı, ensiz diodlu işıqlar və xüsusi formalı bamperlər banın ön hissəsinə təcavüzkar görünüş verir.
Hündür klirens, qısa çıxıntılar və tam ötürücü avtomobilə çətin yollardan asanlıqla keçmə bacarığı təmin edəcək. Krossoverin idman xarakteri 5-ci qapının spoylerində, arxa bamperin diffuzorunda, qaz buraxma sisteminin borularında və böyük ölçülü çoxmilli disklərdə özünü göstərib.
Konseptin qapı tutacaqları yoxdur, adi dam əvəzinə isə yarı şəffaf panoram dam mövcuddur. Hazırda indiki nəsil “Lincoln MKX” 305-güclü 3,7-litrlik mühərriklə və 6-pilləli sürət qutusu ilə təchiz edilir.
Mənbə:Milli.Az