2013-2014 maliyyə ilinin ikinci rübündə ABŞ-ın Apple korporasiyasının mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 10,22 milyard dollar olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hesabat dövründə korporasiyanın mədaxili 4,7% artaraq 45,65 milyard dollar təşkil edib. iPhone smartfonlarının satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 43,7 milyon dollara çatıb.
Bu halda iPad planşetlərinin satış həcmi hesabat dövründə 16% azalaraq 16,35 milyon, iPod qurğularının satış həcmi iki dəfə azalaraq 2,7 milyon olub.
Rüblük nəticələrimiz sevindiricidir, xüsusilə iPhone smartfonlarının satış həcminin yüksək olması ürəkaçandır – Appleın baş direktoru Tim Kuk rüblük hesabata öz münasibətini bildirib.
Apple iPod və iTunes, Mac noutbuk və masaüstü kompüterləri, OS X əməliyyat sistemi, iPhone və iPad qurğularını istehsal edən Amerika şirkətidir.
Mənbə:Milli.Az