Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook bu ilin ilk üç ayında gəlirlərini 72% artıraraq 2.5 milyard dollar qazanıb.Facebook-un xalis gəliri isə 642 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə şirkətin xalis gəliri 219 milyon dollar idi.
Facebook rəsmilərinin bildirdiyinə görə, mobil reklam gəlirləri ümumi gəlirin 59%-ni təşkil edib.
Qeyd edək ki, Facebook nümayəndələri fevral ayında 450 milyon istifadəçisi olan WhatsApp-ı 19 milyard dollara almaq üçün danışıqlara başlayıb. Hazırda Facebook-un 1.2 milyard istifadəçisi var.
Sosial şəbəkələrin əsas gəlirlərini reklam təşkil edir. Ötən il şirkətlər bu yöndə reklamlara 120 milyard dollar xərcləyib. Bu il bu rəqəmin 140 milyard dollara çatacağı gözlənilir.
Mənbə: Xezerxeber.com