Facebook şirkətinin mobil tətbiqlərindən gündəlik istifadə edən istifadəçilərin sayı 2014-cü ilin martında 609 milyona bərabər olub; aktiv mobil auditoriyanın payı il ərzində 43% artıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hər ay Facebookun mobil xidmətlərindən 1,01 milyard insan istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir. Facebook sosial şəbəkəsinin auditoriyası 1,28 milyarda bərabərdir.
Facebookun direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırıb. Facebook şirkəti, həmçinin WhatsApp və Instagram xidmətlərinə sahibdir.
Mobil istiqamət həm də Facebookun biznes göstəriciləri üçün əsas istiqamətə çevrilir. 2014-cü ilin birinci rübündə sosial şəbəkənin reklam gəlirinin 59%-i mobil reklamın payına düşüb.
Mənbə:Milli.Az